Amerikalı müğənni Pink və oğlu koronavirusa yoluxub.
Lenta.ru-nun məlumatına görə, bu barədə musiqiçi “Twitter” hesabında bildirib.
O və üç yaşlı oğlu Ceymson hələ iki həftə əvvəl COVID-19 simptomlarını özlərində hiss etməyə başlayıblar. Onların koronavirus testlərinin cavabları müsbət çıxıb. Bundan sonra Pinkin bütün ailəsi 14 gün karantində qalaraq, həkimlərin göstərişlərini yerinə yetiriblər.
Hazırda müğənni infeksiyadan tam sağalıb.
“Bir neçə gün öncə təkrar testdən keçdik, xoşbəxtlikdən nəticələr mənfi çıxdı”, - deyə o, bildirib.
View this post on Instagram"COVID-19" teqi üzrə xəbərlər
- Qranit Caka saxta COVID-19 sertifikatına görə cəzalandırıldı
- İki saxta sertifikat futbolçuya baha başa gəldi: Millidən UZAQLAŞDIRILDI
- ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
- Qəbiristanlıqda şok tapıntı: COVID-19 zamanı ölən 19 nəfərin cəsədi aşkarlanıb
- Məşhur futbolçu COVID-19 sertifikatına görə beş il həbs oluna bilər
Digər xəbərlər