Bu gün sevdiyindən hədiyyə alan məşhurlar sırasına model Minarə Allahverdiyeva da qoşuldu.

Oxu.Az xəbər verir ki, fevral ayının 1-də ailə həyatı quran Cenk İçten həyat yoldaşı Minarə Allahverdiyevaya “Beynəlxalq Sevgililər Günü”ndə sayt hədiyyə edib.
Məşhur model bunları qeyd edib:
“Dünən evə gələrkən gül dəstəsi gördüm. Cenk məşhur bir firmanın kosmetika dəstini və gözəl ətrini də hədiyyə etdi. Bu gün isə mənim adıma olan sayt sürpriz etdi(www.minaraallahverdiyeva.com)”.
Aytən Sadıqzadə
www.oxu.az