Müğənni Miley Cyrus "Victoria’s Secret"in mələyi Angel Stella Maxwell ilə öpüşərkən görüntülənib.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, müğənni Hollivudda klip çəkilişlərində fasilə zamanı modellə öpüşməyə başlayıb.
Paparatsilər tərəfindən görüntüləndiyinin fərqinə varan Cyrus obyektivlərə gülümsəməklə reaksiya verib.