Reper Qurd 2015-ci ildə ərsəyə gətirdiyi “Tək-Tək” mahnısına çəkilən klipini təqdim edib.
Oxu.Az xəbər verir ki, məşhur “Follow me” məzmununa əsaslanaraq lentə alınan klipdə Azərbaycanın top modelləri yer alıb.
Klipin rejisoru Emin Muradov və Rauf Qurbanəliyevdir.
Prodüser Cavid Rebbaninin sözlərinə görə, Qurd Azərbaycanda Youtube rekordsmeni olduğundan klipə 2 milyon baxış gözlənilir.
Aytən Sadıqzadə
www.oxu.az