Vladiqafqazda 1990-cı illərdə Vladiqafqaz “Alaniya” komandasında çıxış edən, Azərbaycan futbolunun tarixində ən istedadlı futbolçulardan biri Nazim Süleymanovun 50 illiyinə həsr edilmiş “Əfsanələr matçı” keçirilib.
Oxu.Az Eurofootball-a istinadən xəbər verir ki, meydana “Alaniya” və “Neftçi” komandalarının veteranları çıxıb. Matç 7:7 hesabı ilə sona çatıb.
“Neftçi” Vladiqafqaza aşağıdakı idmançıları gətirib:
Dmitri Kramarenko, Abdulqəni Nurməmmədov, Nadir Şükürov, Yaşar Vahabzadə, Babək Alxasov, Novruz Əzimov, Əsgər Abdullayev, Təbriz Həsənov, Musa Qurbanov, Səmədağa Şıxlarov, İlqar Hüseynov, Rasim Abışov. Komanda ilə Ağasəlim Mircavadov məşq edib.
Belə hallarda olduğu kimi matç açıq keçirildi. Hücum futbolu, orijinal ötürmələr – on minə yaxın adam o illərin xatirəsinə dalaraq, yaş artsa da istedad və ustalığın itməməsinin şahidi oldular. Süleymanov hər iki komandanın tərkibində oynadı, “Alaniya” üçün oyunda bir dəfə fərqlənən forvard “Neftçi” üçün het-trik kimi qeyd edildi. Süleymanovun driblinq və texnikası əvvəlki kimi qaydasındadır. Matçın nəticəsi həm azarkeşləri, həm də iştirakçıları razı saldı – 7:7.
“Alaniya”nın qollarından birini Gənclər və idman naziri, keçmişdə məşhur güləşçi Həsən Baroyev vurub. O, Nazim Süleymanovu “Şimali Osetiya Respublikası - Alaniya idmanının inkişafında nailiyyətlərinə görə” “Şərəf” nişanı ilə təltif edib. 142 matç ərzində Nazim Süleymanov 60 qol vurub, vladiqafqazlılara çempion titulunu və iki dəfə Rusiya birinciliyinin gümüş mükafatını qazanmağa yardım edib.
Matç tam olaraq futbol tarixi çərçivəsindən çıxaraq xalqlar dostluğu hadisəsinə çevrilib. Şimali Osetiyada çox mehriban qarşılanan Azərbaycan heyəti, Bakıda cavab matçı təşkil etməyə söz verib.
Matçın sonunda azarkeşlər yubilyarı salamlayaraq uzun müddət “Sulya” deyə alqışlayıblar.
“Belə gözəl matçı təşkil edə bildiyimiz üçün çox xoşbəxtəm. Osetin azarkeşləri, oyunumla məhəbbət və hörmətimi qazandıqlarım qarşısında baş əyirəm. “Alaniya” mənim üçün doğma komanda olub, bu komanda ilə karyeramda uğurlar əldə etmişəm – Rusiya çempionatını qazanmışam, UEFA Kuboku və Çempionlar Liqasında çıxış etmişəm. Məndən həmişə zarafatla soruşurlar ki, sən osetin azərbaycanlısı, ya Azərbaycan osetinisən? Mən isə cavab verirdim ki, 50 – 50-yə!” - oyundan sonra Nazim Süleymanov bildirib.
F.H.
Foto: sport7.az
www.oxu.az