Aparıcı Nəsib Nur ikinci dəfə ata olub.
Oxu.Az xəbər verir ki, bu haqda teleaparıcının baldızı, müğənni Səidə Sultan sosial şəbəkədə məlumat verib:
“Bayram bayrama qarışıb. Mən xala olmuşam. Gözəl insan, yeznə, ailəsinin başçısı, yaraşıqlı atası Nəsib Nurun oğlu olub. Təbrik edirəm, Nəsib. Allah səni həmişə uca etsin. Ailəni həmişə yüksək tutasan. Balalarını və bacımı sevib, başlarının üstündən əksik olmayasan”.
Qeyd edək ki, Nəsib Nurun bir qızı övladı da var.