Dünən Neyrocərrahiyə xəstəxanasında daha bir unikal əməliyyat keçirilib.
Oxu.Az xəbər verir ki, Ailem.az-ın məlumatına görə, adıçəkilən xəstəxanada 7 yaşlı qızın başından giqant ölçülü exnakok kist çıxarılıb.
Əməliyyatı həyata keçirən Bəhmən Yadigarov bildirib ki, əməliyyat dünən həyata keçirilib: “İndiyə qədər bu cür əməliyyatlar olub. Lakin ilk dəfə idi ki, insan başından bu böyüklüyündə kist çıxarılıb”.
Həkim onu da qeyd edib ki, əməliyyat pulsuz həyata keçirilib. Əməliyyatın video-görüntüsünü təqdim edirik.
E.Ə.
www.oxu.az