Bu gün səhər saatlarında Füzuli rayonunda yanğın baş verib.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bala Bəhmənli kəndində vətəndaşa məxsus ümumi sahəsi 9 kv.m olan toyuq hini yanıb.
Yanğın zamanı hində olan 11 ədəd ev quşu yanğınsöndürənlər tərəfindən xilas olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 05:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
E.Ə.
www.oxu.az