Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri Günel Zeynalova ayrıldığı nişanlısı ilə birlikdə yeni fotolarını paylaşıb.
Oxu.Az xəbər verir ki, G.Zeynalova fotolara “Qartopu uşaqlıq, saflıq, təmizlikdir. Yaşımızın 30-40-50 olmasının fərqi yoxdur, hər birimizin içində uşaqlıq var. Qartopu eşqi bir başqadır, bəyaz sevgi”,- deyə şərh yazıb.
Qeyd edək ki, sənətçi nişanlısı İnanc Başəyməzdən ötən ilin noyabrında ayrıldığını bildirmişdi.