Reytingləri darmadağın edən, Türkiyənin məşhur “Çukur” serialında səsləndirilən “Heyecanı yok” adlı mahnının ifaçısı, 45-ci “Altın Kelebek” mükafat mərasimində “Ən yaxşı musiqi” nominasiyası üzrə qalib olan Anıl Acar (Gazapizm) paytaxtımızın qonağı olacaq.
Oxu.Az xəbər verir ki, Gazapizm Bakının məşhur klublarının birində fevralın 23-də konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, sözügedən bəstə repçinin rəsmi “Youtube” hesabında yerləşdirdikdən sonra 160 milyona yaxın insan tərəfindən dinlənilib.