Xəbər verdiyimiz kimi, ötən gün Dilarə Kazımova “Azərbaycan” adlı layihəsini təqdim edib.
Oxu.Az xəbər verir ki, tədbirə məşhur xanımlar da qatılıb.
Fərqli geyimləri ilə diqqət çəkən xanımlar bir-biri ilə yarışıblar.
Gecədə iştirak edən xanımların geyimlərini təqdim edirik:
Aparıcı Könül Muxtarova sadə qara donunu qızılı dikdabanla tamamlayıb. Donunun aşağı hissəsinin geniş olması, Muxtarovanın bədən quruluşunu düzgün və yaxşı göstərməyib. Məşhurun sarı dırnaq boyasından istifadə etməsi də gözdən yayınmayıb.

Sadə makyaja üstünlük verən rəqqasə Fatimə Fətəliyevanın da seçimi qara rəngli libas olub. O, libasını krem rəngli ayaqqabılarla kombin edib.

“Xəzər maqazin” proqramının eks-aparıcısı Nərgiz Əliyeva isə mini atlaz libasa üstünlük verib. O, qara əlbisəsini eyni rəngli dəri kəmərlə tamamlayıb.

Ayyaqabı seçimində də qaraya üstünlük verən Nərgizin çantası krem və qızılı çalarlarla əks olunub.

Müğənni Lətifə Soyuöz isə həmkarlarından fərqli olaraq, ağ libasa üstünlük verib. Qara kəmərlə sıxılmış libası və qara çəkməsi ifaçını kilolu göstərib. Seçdiyi krem və qızılı aksesuarlar ilə qırmızı dodaq boyası isə vəhdət təşkil etməyib.

Aparıcı Fira Cəlilovanın boz rəngli geyimi və “mason”ları xarakterizə edən göz işarəsinin olduğu çanta gecədə diqqət çəkib.

Krem rəngli stilettoya üstünlük verən aparıcını geyimi kök göstərsə də, makyajı yerində olub.

Müğənni Elnarə Xəlilova da qara geyim seçənlərdən olub. Boş geyim modelinə üstünlük verən sənətçinin koftasının çiyinliklərinin qızılı rəngdə olması diqqətdən yayınmayıb. Müğənni kombinini qara klatçla tamamlayıb. Xəlilovanın şalvarının uzun olması xoş olmayan görüntü ortaya çıxarıb.

Tünd boz rəngdə kostyum seçən “Tezdən oyan” proqramının aparıcısı Çinarə Əliyeva ağ rəngli çantaya üstünlük verib.

Dekoltesi ilə diqqət çəkən aparıcı kombinini tamamlamaq üçün bənövşəyi ayaqqabı seçib.

Rəqqasə Renka da qara rəngli paltar geyinib. Sənətçinin koftası sinəsinə tam oturmayıb, şalvarı isə onun ayaq boyunu qısa göstərib. O da kombini qara stilleto ilə tamamlayıb.

Müğənni Roza Zərgərli qara yupkasını qırmızı rəngli, boş, sinə dekolteli köynəklə tamamlayıb. Ancaq sənətçinin bu görüntüsü onu kök göstərib.

Pərviz Hüseyn
FOTO: Ramil Zeynalov
www.oxu.az