Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Məşhurlar Dövlət Bayrağı Günü münasibətilə hazırlanan videoçarxda - VİDEO
Azərbaycanın tanınmış simaları 9 noyabr Dövlət Bayrağı günü münasibətilə “İRƏLİ” İctimai Birliyinin hazırladığı layihədə iştirak ediblər.
Oxu.Az xəbər verir ki, məşhurlar videoçarxda Bəxtiyar Vahabzadənin “Bayraq” şeirini səsləndiriblər.
Layihədə xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artist Tünzalə Ağayeva, aparıcı Nərgiz Cəlilova, Şəhriyar Əbilov, müğənni Samira Allahverdi, Murad Arif, aktyor Coşqun Rəhimov, ssenarist Müşviq Abbasov, “Rast” qrupunun rəhbəri Rəşad Həşimov və başqaları iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidentinin tapşırığı ilə FHN Qırğızıstana maddi-texniki yardım göndərib
- Gürcüstanın baş naziri Prezident İlham Əliyevi təbrik edib
- Məsud Pezeşkian Prezident İlham Əliyevi təbrik edib
- Si Cinpin Prezident İlham Əliyevi təbrik edib
- Tokayev bir sıra dövlət başçılarını Novruz bayramı münasibətilə təbrik edib