Amerika hərbçiləri İraqda hərbi kontingentin artırılmasına dair plan hazırlayıblar, Reuters agentliyi Amerika məmurlarına istinadən xəbər verir.
Oxu.Az bu barədə qazeta.ru-ya istinadən bildirir.
Bununla yanaşı, mənbələr planın konkret detallarını açıqlamaqdan etiraz ediblər. ABŞ “İslam dövləti” yaraqlıları ilə mübarizə aparan İraq və kürd qoşunlarına təlim keçməyə və yardım etməyə səy göstərir.
Hal-hazırda İraqda 1,5 min amerikalı əsgər var.