Türkiyəli məşhur aktrisa Neslihan Atagülün həmkarı olan həyat yoldaşı Kadir Doğulu tərəfidən xəyanətə uğraması barədə xəbərlər bir müddətdir şou-biznes gündəmində yer alıb.
Məşhur aktyorun 5 ildir evli olduğu həyat yoldaşını həmkarı Serra Arıtürklə aldatdığı iddia edilirdi. Hətta Atagülün bu xəyanətdən xəbəri olduğu və evliliyini xilas etmək üçün susduğu da qeyd edilirdi.
Adı davamlı olaraq Kadir Doğulu ilə eşq dedi-qodularında hallanan Arıtürkün əslində ürəyini başqasına verdiyi məlum olub.
Arıtürk bir aydır həmkarı Mərt Ramazan Dəmirlə eşq yaşayır.
Dost mühitində tanış olan cütlüyün münasibətlərini hələlik gözdən uzaqda yaşamağa çalışdıqları öyrənilib.
Mənbə: A Haber
Rəylər