Müğənni Mətanət Əsədova toy hazırlıqlarına başlayıb.
Oxu.Az-ın Lent.az-a istinadla məlumatına görə, “APA TV”-də yayımlanan “Show time” verilişində qonaq olan ifaçı bildirib ki, toyu mediaya qapalı olacaq.
“Media mənim toyumda yalnız bir halda ola biləcək. Azərbaycanı haradasa təmsil etdiyim zaman. O zaman canım da qurbandır, hamısı gələ bilər. Mənim heç bir işim mediada olmayıb, toyum da qapalı olacaq. Toyun vaxtını indi açıqlamıram. Amma xınayaxdı yaxtada olacaq. Məclisi rəqqasə Fatimə idarə edəcək”, - deyə ifaçı bildirib.
A.S.
www.oxu.az