Bakıda tikilməkdə olan binada yanğın olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu Babək prospektində tikilməkdə olan 16 mərtəbəli binanın 2-ci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində orada işləyən Tovuz rayon sakini Muradxan Qarayev yanaraq ölüb.
Fakta bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az