Əməkdar artist Mətanət İsgəndərli ANS telekanalında yayımlanan “Əslində mən” verilişində şəxsi həyatı ilə bağlı dəhşətli açıqlamalar edib.
Oxu.Az xəbər verir ki, müğənni hətta öz övladını tələf etməyi də planlaşdırıbmış:
“Çox erkən yaşımda ailə qurdum. O dövr elə idi ki, qızların oxumağına icazə vermirdilər. Amma oxumaq istəyim heç vaxt ölmürdü. Oğlum Kərim doğulmuşdu, qızım Ülkər isə hələ bətnimdə idi. Fikirləşdim ki, əvvəlcə Mədəni-maarif texnikumuna daxil olaram. Oranı bitirdikdən sonra isə sənədlərimi İncəsənət İnstitutuna verərəm. İndi sizə bir fakt açıqlayacağam.
Öz-özümə düşündüm ki, əgər daxil olsam, qızımı bətnimdə tələf edəcəyəm. Qabiliyyət imtahanından keçdim, Azərbaycan dili-ədəbiyyat imtahanında isə halım qəfildən pisləşdi. İmatahan otağını yarımçıq tərk etdim. Bu da Allahın qisməti imiş ki, qızımı dünyaya gətirə bilim. Qəbul olsaydım, qızımı tələf edəcəkdim”.
Həmin kadrlara verilişin 18.55-ci dəqiqəsindən baxa bilərsiniz.
Aytən Sadıqzadə
www.oxu.az