Rəqqasə Fatimə “10lar” verilişinə müsahibə verərkən göz yaşlarına boğulub.
Oxu.Az xəbər verir ki, buna səbəb ATV-də canlı yayımlanan “Gündəlik” verilişində aparıcı Mətanət Əliverdiyevanın onun rəqsinə irad bildirməsi olub.
Aparıcının “Sənin ifanda çox rəqslər görmüşəm, amma bunu bəyənmədim” deməsi rəqqasəni ağladıb:
“Verilişə çox pozitiv abu-havada gəlmişdim. Amma az sonra bu pozitivlik söndü. Canlı efirdə bunu deməməli idi. Kənarda desəydi, daha yaxşı olardı. Burada mənə yox, mənim müəllimimə tənqid oldu. O rəqsi biz birlikdə hazırlamışdıq”.
Aytən Sadıqzadə