Azərbaycanın “Azəryol” voleybol klubunun yeni baş məşqçisi təyin edildi.
Oxu.Az xəbər verir ki, bu, əslən Kanadadan olan Ceyson Heldeyndir. Bu gənc mütəxəssisdir. Hələ 2012-ci ildə o, Londonda Olimpiada-2012-də Böyük Britaniya komandasında oynayıb.
Heldeyn “Azəryol”un bu mövsümdə üçüncü baş məşqçisidir. O, baş məşqçi Ceremi Estesi əvəz edib. Estes isə öz növbəsində “Azəryol”a Aleksandr Çervyakovun yerinə başçılıq edirdi.
F.H.
www.oxu.az