Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mirkamil Kamilov əməliyyat olunacaq – Foto
“Xalq ulduzu-2006” müsabiqəsinin iştirakçılarından biri olan Mirkamil Kamilov İranda əməliyyat olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə gənc müğənninin qardaşı öz şəxsi “facebook” səhifəsində məlumat verib. O, qardaşının ürəyində ciddi problem olduğunu və buna görə İranda əməliyyat olunacağını deyib:
“Qardaşım Mirkamil Kamilov İrana gedib. Ürəyində ağrılar var idi. Müayinədən sonra cavablar heç də yaxşı çıxmadığı üçün ürəyindən əməliyyat olunacaq. Hər kəsin duasına ehtiyac var. Göydə Allah, yerdə sizlərin duasına”.
Aytən Sadıqzadə
www.oxu.az
"İran" teqi üzrə xəbərlər
Ən çox oxunanlar