Ötən gün Xaçmaz rayonunda Təhməzov Əli Əkbər oğlu və onun əmisi oğlanları, Mustafa və Məhəmməd Malik oğlu Təhməzovları bıçaqlayan şəxs, rayon polisi tərəfindən yaxalanıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Xaçmaz Rayon Polis Bölməsinin rəis müavini Valid Vəlimətovun verdiyi məlumata görə, saxlanılan şəxs 1997-ci il təvəllüdlü rayon sakini Elgün Əhmədovdur.
Xatırladaq ki, bıçaqlananlardan Əli Təhməzov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onu əməliyyat ediblər. Vəziyyətinin ağır olduğu bildirilir.
Digərlərinə isə ambulator yardım göstərilib.