Ötən gün “Miss Globe Azerbaijan” Banu Şücai, “Z Company 2007” şirkətinin icraçı direktoru Pərviz Əzimzadə və media nümayəndələri “Schwarzkopf Professional Studio”da olublar.
Oxu.Az xəbər verir ki, “Schwarzkopf Professional Company”nin Azərbaycandakı rəsmi texnoloqu, stilist Gülşən suallarımızı cavablandırıb:
- Bu il ilk dəfə olaraq Azərbaycan “Miss Globe İnternational 2014” beynəlxalq gözəllik müsabiqəsinə ev sahibliyi edəcək. Brend olaraq siz də həmin layihənin sponsorlarından birisiniz. Müsabiqə haqqında təəssüratlarınızı bilmək istərdik…
- Çox sevinirəm ki, bu cür beynəlxalq nüfuza malik olan olan müsabiqəyə qatılmışıq. Ümumiyyətlə, “Schwarzkopf Professional Company” hər zaman belə müsabiqələri dəstəkləyir.
Xatırlatmaq istəyirəm ki, bizim şirkət 2011-ci ildə Azərbaycanda keçirilən “Eurovision” mahnı müsabiqəsinin sponsoru olmuşdur. Həmin layihənin baş stilisti mən seçilmişdim və komandamla birgə müsabiqənin bütün iştirakçılarının saç düzümü üzərində biz çalışmışdıq. Gözəllik müsabiqəsinin də uğurlu keçəcəyinə əminəm.
- Azərbaycanı “Miss Globe İnternational 2014” müsabiqəsində təmsil edəcək modelimiz Banu Şücaini ilk onluqda görürsünüzmü?
- Banu xanımın üz cizgiləri, boyu Şərq qadınlarına çox uyğundur. Azərbaycan xanımları dünya qadınları arasında özünəməxsus gözəlliyi ilə seçilir. Modelimiz də həmçinin. Mən Banu xanımı birinci yerdə görürəm.
Daha sonra studiyada modelimizə saç düzümü və makiyaj olundu. Tədbirin sonunda jurnalistlərə şirkət tərəfindən hədiyyələr təqdim olundu.
“Miss Globe İnternational 2014” beynəlxalq gözəllik müsabiqəsinin informasiya dəstəyi Oxu.az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə
FOTO: Nüsrət Abdullayev
www.oxu.az