Bu gün-sabah, ümumiyyətlə istənilən an Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri baş tuta bilər.
Görüş bu gün-sabah Rusiya rəhbəri Putinlə, bir qədər sonra isə kim bilir kiminlə keçiriiləcək.
Danışıqların keçirilmə tarixinə dair şübhələr əsassız deyil. Qarabağ cəbhəsində böyük dəyişikliklər var. Dövlət başçılarının öncədən razılaşdırılmış üçtərəfli görüşünə bir gecə qalır. Gecələr isə o diyarlarda son zamanlar çox qeyri-adidir, sözün əsl mənasında çox aydındır. Bu sayılı saatlarda orada nə baş verə biləcəyini Bakıda, hətta Yerevan və Moskvada, ola bilər ki, Vaşinqton və Brüseldə, az ehtimal ilə Tehran və Ankarad bilirlər, amma Bərdə, Şəmkir və Füzulidə baş verəcəklərdən xəbərsizdirlər...
7-8 avqust biz kolleqalarımız ilə cəbhənin Fizuli və Ağdam istiqamətinə səfər etdik. Axşam Bakıya qayıtdım, paytaxtdakı abu-havanı hiss etmək üçün. Deməzdim ki, Bakıda Horadiz və Quzanlı ilə müqayisədə vəziyyət həddən artıq fərqlidir, amma yenə də burada cəbhə hiss edilmir. Hardasa uzaqlarda atəş açırlar... hardasa uzaqlarda... Yanlış təsəvvür! Mən cəbhəyanı Tərtərdən evə 4,5 saat ərzində avtomobil ilə gəlmişəm. Müqayisə üçün deyim ki, Bakıdakı Jurnalistlər evinə gəlib tankdan atəş açmaq üçün 14 saat kifayətdir – heç bir sutka da yox.
Bakı işıq saçır. O, elə işıq saçmalıdır da. Bakı Facebook sosial şəbəkədə oturub. Bakı müharibənin mümkünlüyünü müzakirə edir. O, nə edə bilər ki, amma ən azından artıq müharibənin getməsi üçüncü onilliyə keçdiyini dərk etməlidir. Bakı hər iki tərəfdən verilən itkilər barədə inildəyir, bu isə cəbhə xəttində daimi müharibə şəraitində yaşayanlara qəribə gəlir. Bakı könüllülər hazırlayır, bu alqışlanır. Bakı çoxdandır ki, Qarabağda müharibə edir. Baxmayaraq ki, bəzi sakinləri boşluğa düşüb, bəziləri harınlayıb, bəziləri böyük şəhərin işıqlarının mərmi partlayışından daha parlaq olduğunu hesab edirlər. Bakı müxtəlifyönlüdür. Amma artıq son zamanlar Bakıda da genişmiqyaslı müharibədən danışmağa başlayıblar.
Beləliklə, mənim bu nəşr üçün məlumat topladığım səngərdən evə sağ-salamat gəlməyimi səmim arzu edənlər üçün xəbər. Müharibə gedir. Düzdü tam qüvvəsi ilə deyil. Amma gedir. O, hər gün gedir. Bu gün gecə o, çox az ehtimalla daha böyük, qanlı faciəyə çevrilə bilər, amma o bir saniyə də olsa dayanmayıb. Bunu döyüşçülər bilir, - bu yerli sakinlərin artıq həyat tərzidir, bunu öz gözlərimlə gördüm.
Bakıda da son zamanlar genişmiqyaslı müharibədən danışmağa başlayıblar.
Avqust ayının 8-də, bir hissəsi işğal altında olan Ağdam rayonunda, həm toyda, həm də yasda oldum. Şəhid Qaryağdı Əhmədovun yası idi. Onun atası Eldar kişi, güclü insana yaraşacaq tərzdə özünü aparırdı. Sadəcə onunla bərabər oğul böyüdüb tərbiyə edən yoldaşına təşəkkür etdi. Oğlu ona ölümündən bir gün öncə: “Ata sən hələ vətən üçün ömrünü verən oğlunla fəxr edəcəksən” deyib.
Toy isə Quzanlı da idi. Yüzlərlə insan. Və “Qarabağ şikəstəsi”! Geniş miqyaslı müharibədən qorxan, daimi atəş altında yaşayan insanlar ailə qurmazlar. Ailə qurmaq uzunmüddətli xoşbəxt həyatı planlamaqdır...
Xoşbəxtliyi isə dinc əhali bu günlərdə intizardan yaxa qutarmaqda görür... onlar cəbhə həyatına alışıblar... onu qəbul da ediblər. Bu uzun illərdir ki, davam edir. Amma cəbhə xəttində son gərginlik, əsgərlərimizin ölümü, düşmənə güclü zərbə, Ali baş komandan İlham Əliyevin gəlişi, bu insanlarla ünisiyyəti onları bu vəziyyətdən çıxardı. İnsanlar müharibə istəyir! İnsanlar bezdirici həyat tərzindən yaxa qutarmaq istəyirlər! İnsanlar daima atəş səsi eşitmək istəmirlər! Onlar bizim Bakıda yaşadığımız kimi yaşamaq istəyirlər. Hər şeyin parıldamağını istəyirlər, Facebookda hərbi xəbərləri deyil, dəbin son yenilikləri barədə xəbərləri bölüşmək istəyirlər, pişiklərinin şəkillərini yayamaq istəyirlər... Bunu etməyə isə yalnız müharibə qadirdir...
Həm də bu vacibdir! Söhbət etdiklərimin arasında heç kim müharibənin məğlubiyyətlə bitəcəyini bir saniyə olsun belə düşünmür. Onun uğurla bitəcəyinə böyük əminlik var. Heç kim evini tərk etməyi fikirləşmir, heç kim bunu heç ağlına da gətirmir... ata şəhid oğlu ilə fəxr edir, yeni evlənənlər uşaq haqqında düşünürlər... Cəbhə xəttində müharibəyə sosial sifariş var.
Mən ön cəbhədə səngərlərdə oldum. Əvvəldə demişəm yenə də təkrar edirəm: ön cəbhədə çağırış əsgərləri yox, müqavilə ilə döyüşənlər olmalıdır... Mənə orada olan gənclərin dayanmaq istəmədiyini görmək qorxulu idi. Onlar irəli getmək istəyirlər. İki oğlanın getmə səbəbi var idi: birinin qardaşının, birinin isə bacısının toyu idi. Hər ikisi mövqedə qaldılar: dostları ilə qalmağı üstün tutdular, əgər döyüş başlasa burada olmaq istəyirdilər...
Bu günlərdə iri bəlkə də orta miqyaslı döyüşlər oldu. İtgilərimiz var. onlaırn sayını heç kim gizlətmir. Amma bizimkilər daha güclü zərbə vurdular. Əgər ilk günlərdə özünü göstərsə də son günlər səngərdən “Molla, atəşi dayandır” deyə xahiş edirdilər. Orda hər şey eşidilir. Biz olduğumuz səngərdən erməni səngərinə bir qarış yoldur...
Hərbi hissələrimizin necə təchiz edildiyini, hərbçilərimizin təichizatını, onlaırn məişətini, gözlərindəki qığılcımı gördüm. Sadəcə əmr: və onlar həyat üçün ölümə gedərlər!
Hələlik cəbhə xəttində lokal döyüşlər gedir. Atışmalar səngiyib. Nə bizimkilər, nə də ermənilər heç nə əldə etməyiblər. İtgilər var amma mövqelər dəyişməyib.
Döyüşçülər və yerli sakinlər dəyişikliklərin olmasına inanırlarmı? Sual düzgün qurulmayıb... Gözləyirlər... Hətta əgər bu gün və ya sabah da olmasa... Amma belə psixoloji durum heç vaxt olmamışdı...
Kənan Quluzadə
Bakupost internet-qəzetinin redaktoru
www.oxu.az