Rusiyalı müğənni Sergey Lazarev “Eurovision-2016”da çıxış edəcəyi “You Аre the Оnly Оne” mahnısının klipini YouTube-da təqdim edib.


Oxu.Az xəbər verir ki, klipdə Rusiyanı “Miss Kainat-2015”də təmisl edən Vladislava Yevtuşenko rol alıb.


Lazarevin mahnısı üzərində beynəlxalq musiqiçilər komandası çalışıb. Hansı ki, bu komandaya əsasən Filipp Kirkorov və bəstəkar Dmitris Kontopulos aiddir.


61-ci “Eurovision -2016” mahnı müsabiqəsi İsveçin paytaxtı Stokholmda baş tutacaq. Ölkə Vyanada (Avstriya) keçirilən “Eurovision-2015”də Monsa Zelmerlevanın ifasında səslənən “Heroes” mahnısı ilə 365 xal qazanaraq qalib olub.

Qeyd edək ki, bu il hər iki yarımfinal mərhələsi üçün ilkin tarixlər –10 və 12 maya, final isə 14 maya təyin edilib.