Dünyanın ən gözəl qadınları siyahısında ilk sırada göstərilən aktrisa Monika Belluçi “Hürriyyet” qəzetinə müsahibə verib.
Oxu.Az xəbər verir ki, Belluçi müsahibə zamanı maraqlı açıqlamaları ilə yadda qalıb.
O bildirib ki, sevilməklə bərabər, nifrətlə də qarşılanır:
“Mənə nifrət edirlər. Mənsə bu nifrətdən enerji alıram. Çünki nifrət edənlərin məni idarə etməsinə icazə vermirəm”.
Monika daha sonra bədəninin rejissorlar tərəfindən istifadə edildiyini deyib:
“Gözəlliyim rejissorlar tərəfindən pislikləri ifa etmək üçün istifadə olundu. Məsələn, “Malena” və “Geri dönülməz” filmindəki rollarım kimi...
Rejissorlar bədənimdən əşya kimi istifadə etdilər. O layihələrdə insan kimi yox, alət kimi yer almışam”.
Pərviz Hüseyn
www.oxu.az