Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Mr. Credo Qazaxıstanda konsert təşkilatçılarını aldatdı
Müğənni Mr. Credonun Qazaxıstan təşkilatçılarını aldatdığı məbləğ məlum olub. Onun barəsində polisə şikayət edilib.
Oxu.Az bu barədə "Shot" "Telegram" kanalına istinadən məlumat verir.
"Çudnaya dolina" və "Medlyak" hitlərinin ifaçısı, 51 yaşlı Aleksandr Maxonin Qazaxıstanda keçirilən retro festivalın təşkilatçılarından 5.4 milyon rubl (təxminən 100 min manat) alıb, lakin gəlməyib. Qazaxıstanın "Suarg Astana" şirkəti ona qarşı məhkəməyə müraciət edib, indi işə polis də qoşulub.
Təşkilatçılar əvvəlcədən artistə 14 iyul tarixində çıxışı üçün pul ödəyiblər və onun müqavilədəki çoxsaylı istəyini yerinə yetiriblər. Lakin festival günü musiqiçi tədbirdə görünməyib. Üstəlik, o, hətta Qazaxıstana da gəlməyib.
Məlum olub ki, Mr. Credo borclarına görə Moskvadan uça bilməyib. Onu Minsk vasitəsilə göndərməyə çalışıblar, lakin burada da problem yaranıb: musiqiçi nədənsə xarici pasportunun vaxtının bitdiyini unudub.
"Qazaxıstan" teqi üzrə xəbərlər
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- Qazaxıstan Ginnesin Rekordlar Kitabına düşdü
- Qazaxıstanda məmurlar üçün həbsxana gəzintisi təşkil olunacaq
- Qazaxıstan XİN Bakı və İrəvan arasındakı sülh danışıqlarına dair bəyanat yayıb
- Qazaxıstan prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib