Türkiyəli məşhur müğənni Emrah oğlu Elyasaya 1 yaşı tamam olması münasibətilə hədiyyə olaraq ev alıb.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, ifaçının 600 min avroya aldığı villa Belçikanın Gent şəhərində yerləşir.

İfaçı xanımı ilə birgə Belçika vətəndaşlığını da almağa hazırlaşır.

Cütlük Belçikaya səfər edən zaman göl kənarında yerləşən yeni evlərində qalacaq.
Aytən Sadıqzadə
www.oxu.az