Dünya şöhrətli ifaçı Keti Perri yeni albomunun tanıtımı çərçivəsində Yaponiyada səhər verilişlərinin birində qonaq olub.
Oxu.Az xəbər verir ki, əyləncə formatı olan verilişdə maraqlı məqamlar yaşanıb.
Belə ki, 33 yaşlı müğənni proqramın içində yer alan yemək yarışmasında yarışmaq istəyib. Keti qarşısındakı qutularda olan toyuq ətini sürətlə yeməyə başlayıb.

Aparıcılar ona xəbərdarlıq etsə də, Perri yeddi toyuq budunu ağzına yerləşdirib. Ancaq yeyə bilməyib. Boğulma təhlükəsi yaşayan müğənninin köməyinə aparıcılar çatıb.
Ketinin yediyi toyuq ətini çiynəməmiş çıxarması isə gözlərdən qaçmayıb.
Pərviz Hüseyn
www.oxu.az