Davranışları ilə türkiyəli pop ifaçısı Nezi narahat edən Kamal N. haqqında məhkəmədə iddia açılıb.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda yaşayan 38 yaşlı Kamal N. müğənnini bir neçə müddətdir sosial şəbəkə vasitəsilə təqib edir.

5 may tarixində Bəyoğlundakı əyləncə məkanlarından birinə yollanan ifaçının orada olduğu zamanda gizlicə çəkilmiş fotoşəkili sosial şəbəkə vasitəsilə özünə göndərilib.
Nez bayıra çıxdığı anda isə yanından keçən bir kişi ona iti baxışlarla baxaraq dodaqlarını yalamağa başlayıb.
Müğənni təqib edilmə qorxusu ilə Bəyoğlu Polis Bölməsinə gedərək şikayət ərizəsi yazıb.

Hadisə ilə əlaqədar istintaq başladan prokurorluq, Kamal N. haqqında “cinsi təcavüz”, “insanların dinclik və sakitliyini pozmaq” maddələri ilə iddia qaldırıb.

Məhkəmə prosesi yaxın günlərdə Asliyə Cəza Məhkəməsində baş tutacaq.
Aytən Sadıqzadə
www.oxu.az