“Düzünü Desək” verilişinin növbəti buraxılışında müğənni Vüqar Muradovla bağlı süjet təqdim olunub.
Oxu.Az gecce.az-a istinadən xəbər verir ki, ailə qurmaq istəyən 31 yaşlı ifaçı, müğənni olduğu üçün hansı qapını döydüsə qız vermədiklərindən narahatçılığını bildirib:
“Bir qız var. Çox xoşum gəlib. Yaxşı ailənin övladıdır. Özü universitetdə oxuyur. Tədbirlərin birində görüşmüşdük. Qıraqdan mənə çatıb ki, anası deyir “biz müğənniyə qız vermərik”. Çox qəzəbləndim ki, bu nə məntiqsiz fikirdir. Əslində bu, çox “dar” bir düşüncədir. Pis hər sahədə var. Qaçırmaq mənlik deyil. Əslində mən 4, 5 dəfə belə halla qarşılaşmışam. Hər dəfə də cavab olaraq eşitmişəm ki, “müğənniyə verəsi qızımız yoxdur”.