Porsche-dən yeni Cayenne S yüksək keçimli avtomobilinin (off-road) “Qara dənizdən Xəzər dənizinədək” adlı test-drayvı bu ilin oktyabrında Trabzon-Batumi-Tbilisi-
Test-drayv yeni Porsche Cayenne S-in müxtəlif istismar şəraitində imkanlarını nümayiş etdirmək üçün keçirilir. Marşrutun uzunluğu 1550 km təşkil edəcək. Beynəlxalq test-drayvda Mərkəzi və Şərqi Avropanın 10 ölkəsindən, o cümlədən Türkiyə, Polşa, Azərbaycan, Estoniya, Çexiya, Gürcüstan, Rumıniya, Slovakiya, Ukrayna və Macarıstandan 14 ekipaj iştirak edəcəklər.
“Test-drayv oktyabrın 10-da Trabzonda start götürəcək, elə həmin gün onun iştirakçıları Batumiyə gələrək, buradakı “Redisson” otelində məskunlaşacaqlar. Oktyabrın 11-də axşam onlar Tbilisidə olacaqlar və həmçinin “Redisson”da yerləşdiriləcəklər. Növbəti gün isə sürücülər Kazbeqiyə yola düşəcəklər. Buradan avtoyürüş iştirakçıları Bakıya istiqamət götürəcəklər”, - deyə, şirkətdən bildiriblər.