Vokalçı Aqşin Abdullayev beynəlxalq etnik, folklor və vokal festivalı olan “Vostocnıy bazar”ın qalibi olub.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, təmsilçimiz 24 iştirakçı arasında ən yüksək bal toplayıb.
Müsabiqənin münsifləri sırasında azərbaycanlı müğənni Roza Zərgərli və “Vostocniy bazar-2012” qran-prisinin sahibi Cəlal Abbasov olublar.
Qeyd edək ki, Roza Zərgərli festivalın qala-konsertində canlı ifa ilə çıxış edib.
Xatırladaq ki, Türkiyənin TRT-Avaz kanalında da yayımlanan “Vostocniy bazar” Şərqi Avropanın ən məşhur festivallarından biridir. Festivalı Ukrayna Mədəniyyət Nazirliyi keçirib.