Azərbaycanın xalq artisti, pianoçu Murad Adıgözəlzadə konsert proqramına hazırlaşır.
Oxu.Az xəbər verir ki, konsert aprelin 22-si Azərbaycan Dövlət Filarmoniyasında saat 19.00-da baş tutacaq. Konsert proqramında V.A.Motsartın əsərləri səsləndiriləcək.
Xalq artistini Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək. Orkestrin bədii rəhbəri və baş dirijoru xalq artisti Teymur Göyçayevdir.
Xatırladırıq ki, Murad Adıgözəlzadə Azərbaycanın “Eurovision” təmsilçilərindən olmuş Aysel Əlizadə ilə ailəlidir.
Aytən Sadıqzadə
www.oxu.az