Abşeron rayonunda gənc qız ailə münaqişəsinə qurban gedəcəkdi. Onun üzüntülərinə Masazırdakı Duzlu göldə son qoymaq cəhdi isə alınmayıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Rayon Prokurorluğundan verilən məlumata görə, dünən 31 yaşlı Aynurə Səfərova intihar məqsədilə özünü Masazır gölünə atıb.
Onun həyatını xilas ediblər. Qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
O, yolda həkimlərə ailəsində ciddi münaqişə olduğunu deyib. Atası ilə anası yola getmir, onların bu vəziyyəti isə onu həyatdan bezdirib.
Hazırda araşdırma aparılır.