Zimbabve prezidenti Robert Muqabe eynicinsli nikahların qanuniləşdirildiyi Avropa ölkələrini mühakimə edib.
Oxu.Az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, Afrika ölkəsinin prezidenti hesab edir ki, Qərb homoseksuallıq ideyalarını dünyaya zorla qəbul etdirməməlidir.
“Təbii olan şey artıq qeyri-təbii olub. Qeyri-təbii olan şeyi onlar təbii elan etmək istəyirlər” - deyə Muqabe bildirib.
Avropanın ünvanına olan ittihamları prezident Xarare şəhərindəki stadionda, ölkənin müstəqilliyinin 34-cü ildönümü münasibətilə çıxışı zamanı səsləndirib. Çıxışında Muqabe vurğulayıb ki, Avropa özünün insanlıqdan kənar adətlərini artıq Afrikaya da yaymağa çalışır. Muqabe homoseksualların hüquqlarını qoruyan istənilən diplomatı ölkədən qovacağını bildirib.
Qeyd edək ki, prezident bir dəfə çıxışında bildirib ki, homoseksuallar it və donuzlardan da murdardır.