“Bakı-2015” Avropa Oyunları Azərbaycan üçün özünü müasir Avropa ölkəsi kimi nümayiş etdirməkdən ötrü son dərəcə əhəmiyyətli özül rolunu oynayır. Bu, eləcə də, Məzunların Təkmilləşdirmə Proqramında iştirak etmək məqsədi ilə seçilənlər üçün əla nailiyyətlər qazanmaq və kütlədən seçilməkdən ötrü bir özüldür.
Oxu.Az xəbər verir ki, “Bakı-2015” Avropa Oyunlarının rəsmi saytında yerləşdirilən məlumata görə, 2014-cü ilin iyul ayından başlayaraq Azərbaycan və Avropa universitetlərinin məzunları Məzunların Təkmilləşdirmə Proqramında iştirak edəcəklər.
Oyunlar zamanı vəzifələrinə başlamazdan əvvəl mütəmadi təlim sessiyaları və layihə işi davam edəcək.
Proqram yerli və beynəlxalq həmkarlarla və sahənin əsas mütəxəssisləri ilə möhkəm əlaqələr şəbəkəsi yaratmaqla beynəlxalq Oyunlar icmasının bir hissəsi olmaq imkanı yaradacaq.
BEGOC ali təhsilini 2012 və 2014-cü illər arası bitirmiş istedadlı və məqsədyönlü gəncləri Məzunların Təkmilləşdirmə Proqramına qoşulmağa dəvət edir.
Qeydiyyatdan keçmək üçün bu ünvana müraciət edə bilərsiniz:
Qeyd edək ki, Məzunların Təkmilləşdirmə Proqramı 2014-cü il iyul və oktyabr ayları arasında başlayan və 2015-ci ildə sona çatan dörd qəbuldan ibarət olacaq. Ərizələrin qəbulu 2014-cü il may ayının 8-nə kimidir.
Gülnarə Zeynalova
www.oxu.az