Aparıcı, şoumen Murad Arif yeni “İnşallah” adlı mahnısına çəkdirdiyi klipini sənət dostları, sevənləri və KİV nümayəndələrinə təqdim edib.
Oxu.Az xəbər verir ki, təqdimat mərasiminə gələnlər arasında xalq artisti Faiq Ağayev, əməkdar artistlər Tünzalə Ağayeva, Abbas Bağırov, Məryəm Süleymanova, müğənnilər Xəyyam Nisanov, Elton Hüseynəliyeva, Elçin, Günay İbrahimli, Sevda Yəhyayeva və başqaları iştirak edirdilər.
Qeyd edək ki, mahnının sözləri və musiqisi Murad Arifin özünə məxsusdur.
Yeni hiti və tədbirdən fotoları təqdim edirik: