Bu gün tanınmış şoumen Murad Dadaşovun 35 yaşı tamam olur.
Oxu.Az xəbər verir ki, o, 1978-ci ildə Bakıda anadan olub.16 saylı orta məktəbdə təhsil alıb.
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini bitirib. İxtisasca psixoloqdur.
“Bakılı oğlanlar” komandasının üzvü olub. “Yeriniz məlum”, “Mərc-şou”, “Bir cənub şəhərində”, “Maşın” şoularının aparıcısı və ideya müəllifi olub. Bir neçə filmə çəkilib. Bunlardan “Milli bomba” (2004), “Çətin yol” (2006), “Bir dəfə Qafqazda” ( 2007), “Halal pullar” ( 2008) kimi bədii filmləri misal göstərmək olar.
Çoxsaylı mükafatların laureatıdır. Ailəlidir, 3 övladı var.
Hazırda Azərbaycanın ən böyük layihələrindən biri olan “Maşın” realiti-şousunun aparıcısıdır.
Aytən Sadıqzadə
www.oxu.az