Mən “Maşın” realiti şousunda xəyanətləri təbliğ etmirəm. İnsan həyatda yalnız özünə etibar etməli, niyyəti isə saf olmalıdır. Məhz bunu tamaşaçılara göstəririk.
Oxu.Az xəbər verir ki, bu sözləri sözügedən televiziya layihəsinin aparıcısı, Xalq artisti Murad Dadaşov “Popumuz var” verilişində dilə gətirib.
O bildirib ki, ölkənin ən bahalı verilişində avtomobili udanlar niyyəti, fikri saf olan insanlardır:
“Maşın” şou barədə çoxları danışır və bu layihəni kifayyət qədər danlayıb, tənqid edirlər. Bu şou “mafiya” oyunudur. Burada iştirakçılar strateji addımlar və müxtəlif analizlər aparırlar. Qalmaqal isə onun ayrılmaz bir elementidir. Çünki iştirakçılar mimikalarla danışıb, oyun apara bilmızlər.
Verilişə baxan tamaşaçı nələrisə öyrənmək istəyirsə, “Maşın” şouya baxsın. Digər verilişləri isə izləməyə ehtiyac yoxdur. Bu, bizim içimizi tanıdan bir şoudur. “Maşın” şou Azərbaycanın bu günü deməkdir.
Gün ərzində ən etibarlı dostundan xəyanət görürsən, inanmadığın insandan özünə dəstək görürsən. Bu şouda avtomobili, həqiqətən, niyyəti saf olan insanlar udub”.
Rəşad Əliyev
Rəylər