Məşhur “Follow me” (“Məni izlə”) layihəsi ilə bütün dünyada tanınan Murad Osman sevgilisi Nataliyə evlənmə təklifi edib.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, ayrı-ayrı ölkələri gəzərək fotolar çəkdirən və buna “Məni izlə” adını qoyan M.Osman bu dəfə sevgilisinə evlənmə təklifi edərkən çəkdirdiyi şəkli İnstagramda paylaşıb və “O, hə dedi” sözlərini yazıb.
Xatırladaq ki, Murad Osman və sevgilisi martda Nargis jurnalının baş redaktoru Ülviyyə Rəhmanovanın dəvəti ilə Bakıya gəlmişdi.
