Müğənni Nadir Qafarzadə ilk sevgisindən danışıb.
Oxu.Az-ın məlumatına görə, Qafarzadə “Onlar” verilişinə açıqlamasında türk qızı ilə yaşadığı sevgi macərasını etiraf edib:
“Bolqarıstanda yaşayanda bir türk qızı məni sevirdi. Adı Səhər idi. İlk öpüşüm də onunla yeddinci sinifdə oxuyanda olub. Ayrılanda yaxınlaşıb məni öpdü. Hər ikimiz ağladıq. Sonra hərə öz ölkəsinə getdi. Bir müddət məktublaşdıq. Amma məcbur idik ki, bir-birimizi unudaq”.
N.Qafarzadə ailə qurduqdan sonra heç vaxt xanımına xəyanət etmədiyini də söyləyib:
“21 ildə bir dəfə də olsun, həyat yoldaşıma xəyanət etməmişəm. Ailə qurduqdan üç gün sonra həyat yoldaşım dedi, gəl, ikimiz də and içək ki, bir-birimizə xəyanət etməyəcəyik. İkimiz də birlikdə əlimizi Qurana basdıq, bir-birimizə sadiq olacağımıza and içdik. Amma bir neçə dəfə xəyanətə nəfsim çəkib. İlk addımı atıb, yaxın olmuşam, dərhal demişəm, çaşma, Nadir. Evli xanımlar da məni yoldan çıxarmağa çalışırlar. Amma həyat yoldaşıma xəyanət etmirəm”.
Oğluna qız axtarışında olan Nadir sərt qayınata olacağını bəyan edib:
“Oğluma zəng edən qızlar çoxdur. Amma biz hər zəng edən qızı almarıq. Mən gələcək gəlinimin əslini, nəcabətini tanıyıb sonra qərar verəcəm. Qız ata evindən çıxandan sonra ona deməyəcəklər ki, filankəsin qızıdır, deyəcəklər, Nadir Qafarzadənin gəlinidir”.
Aytən Sadıqzadə
www.oxu.az