Ukrayna səmasında Malayziyaya məxsus “Boeing 777” təyyarəsinin qəzaya uğraması dünya mətbuatının baş xəbərinə çevrildi. Təyyarənin kimlər tərəfindən vurulduğu dəqiq bilinmir.
Ukrayna Rusiyanı, rəsmi Moskva isə Kiyevi ittiham edir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, lakin dünya mətbuatının manşetlərində təyyarənin Rusiya tərəfindən vurulduğu önə çıxarılıb.
“Putin oğlumu öldürdü”, “Putinin qurbanları”, “Putinin müharibəsi”, “Bu sənin zərbəndir, Putin”, “2 britaniyalı ailənin qatili terrorçu Putin” və.s kimi başlıqlar dünyanın nüfuzlu qəzetlərinin manşetlərində yer alıb.
Oxu.Az həmin qəzet manşetlərini təqdim edir: