Müğənni Namiq Qaraçuxurlu yeni avtomobil alıb.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi “Leksus” markalı maşının fotosunu “İnstaqram” sosial şəbəkəsində paylaşıb.
Namiq sevincini bu sözlərlə bölüşüb:
“Bu maşından nəinki burada, hətta bir çox ölkələrdə yoxdur. Siftəsini mən edirəm. Bu yaxınlarda olacaq doğum günüm münasibəti ilə özümün özümə hədiyyəmdir. Allah hər kəsə istədiyini nəsib etsin. Allaha şükür, xalqımıza təşəkkür edirəm!”
Qeyd edək ki, “2014 Lexus GX 460” markalı avtomobilinin qiyməti 100 min ABŞ dollardan başlayır.
