“ATV” telekanalının aparıcısı Nanə Ağamalıyeva yeni fotosessiya etdirib.
Oxu.Az xəbər verir ki, şəkillər tezliklə “ATV”-də yayımlanacaq “Mənə bir az ondan danış” layihəsi üçün çəkilib. Aparıcının yeni imici üzərində stilist Anar Ağakişiyev çalışıb. Libasını isə modelyer-dizayner Zümrüd Mirzəliyeva hazırlayıb. Şəkillərin müəllifi fotoqraf Fərhad Əhmədovdur.
Aytən Sadıqzadə