Məşhurluq məkrli hissdir. Onun insanı hara sürükləyəcəyi bəlli deyil. Məşhurlar arasında həyatda yol yoldaşı kimi narkotiki seçənlər də var, asılılıqları ucbatından, kariyera, nüfuz, bəzən isə ailələrindən məhrum olanlar da...
Oxu.Az həmin məşhurların bir neçəsini təqdim edir:
Stinq
80-90-cı illərdə narkotik qəbul edirdi.Müalicə kursu keçməyə onu rəfiqəsi Trudi stayler məcbur edib.

Skay Ferreyra
Modeli ekstazi və heroin qəbul etməkdə ifşa ediblər.

Zak Efron
Bir neçə il bundan öncə müalicə kursu keçib. Buna qədər isə kokain aludəçisi idi.

Kortni Lav
Kurt Kobeynin dul xanımı, gah haqq yoluna gəlir, gah da narkotiuklərə üz tutur. Hollivudun əsas narkomanı hesab edilir.

Elton Con
Bir neçə il kakoin istifadə edib. Ser Conun sözlərinə görə, o bir neçə dəfə ölümcül vəziyyətdə olub. Müalicə olunmaqda ona seks tərəfdaşı dizayner Devid Ferniş yardım edib.

Lindsi Lohan
Bir neçə dəfə narkotik asılılığına görə həbsxanaya düşüb, altı dəfə reabilitasiya kursu keçsə də bu onu saxlamayıb.

Eminem
Bir neçə il antidepressantlardan asılılıqdan əziyyət çəkib. İstifadəyə uşaqlara görə son qoyub.

Britni Spirs
Kevin Fererlayn ilə boşandıqdan sonra narkotik qəbul edib, əsəb pozğunluğu keçirib, reabilitasiya kursu keçib və səhnəyə qayıdıb.

Kiçik Robert Dauni
Heroin istifadə etdiyi üçün kinoda bir neçə roldan məhrum edilib, 16 ay həbsxanada qalıb, məcburi müalicə kursu keçib.

Ledi Qaqa
Müğənni özü yeni mahnılar yazmaq üçün marixuanna çəkdiyini etiraf edib. Bu asılılığından yaxa qurtarıb və indi narkotik asılılığı olanlara yardım fonduna vəsait köçürür.

Aytən Sadıqzadə
www.oxu.az