Müğənni Natavan Həbibi dünən sevənləri ilə görüşüb.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, pərəstişkarlarına stol açan sənətçi onlarla xoş vaxt keçirib.
Məclisə gecikməsinə baxmayaraq sevənləri onu alqışlarla qarşılayıblar.
Hər zaman pərəstişkarlarına xüsusi diqqət və qayğı ilə yanaşdığını deyən Natavan onları özünə çox yaxın hesab etdiyini bildirib.
Sənətçinin sevənləri onun görüşünə əliboş gəlməyib. Belə ki, gənclər N.Həbibiyə müxtəlif hədiyyələr bağışlayıblar.
Tədbirdə ən böyük sürpriz sevənlərinin müğənni üçün hazırladıqları video-rolik olub.