Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda “Hellouin” qeyd olunmalıdır?
“Hellouin” sözünü 10-15 il əvvəl yalnız Amerika filmlərindən eşitmək mümkün idi. İndi isə Bakıda ildən-ilə daha çox adam bu qərb bayramını qeyd edir. Halbuki, bu bayram nə ənənələrimizə, nə də ki, inanclarımıza uyğun deyil. Bakılıların Hellouini səbirsizliklə gözləməsi yaxşıdır, yoxsa pis?
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, hazırda Almaniyada yaşayan xalq artisti Hacı Murad Yagizarov Day.Az-a açıqlamasında bu məsələyə münasibət bildirib.
“Mən Hellouinə tamamilə etinasız yanaşıram. Baxmayaraq ki, burada Hellouini təntənə ilə qeyd edirlər. Mənim daha çox pivə bayramı xoşuma gəlir. Kim istəyir, Hellouini də qeyd eləsin, ancaq başqalarına mane olmasın”, - o əlavə edib.
O qeyd edib ki, bakılıların Hellouini qeyd etməsini anlaya bilmir. Bu almanların Novruz bayramını qeyd eləməsi kimi məntiqsizdir. Təbii alınmır.
“Amma bununla belə xarici mədəniyyətin bir hissəsi kimi qalsın. Axı bu bayramdır. Bayramlar pis olmurlar. Əgər kimsə Hellouini qeyd etmək qərarına gəldisə, niyə də olmasın?” - o vurğulayıb.
Rəylər