“Eurovision 2011” müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal televerilişlərdən birində qeyri-adi danışıq üslubu ilə diqqəti cəlb ediblər, Oxu.Az Vesti.Az-a istinadən xəbər verir.
Eldar verilişdə lirik mahnılar ifa etməyi xoşladığını deyəndə, Nigar ona cavab olaraq bildirib ki: “Eldar ulayır və bundan zövq alır”.
Qeyd edək ki, müğənni Azərbaycan dilini pis bilir. Verilişin aparıcısı Murad Arif söhbəti bir qədər malalamaq istəsə də, bu, o qədər də alınmayıb.
Müğənni həmçinin qeyd edib ki, bir müddət əvvəl maşını yüksək sürətlə idarə etmək həvəskarına çevrilib. “Bir müddət əvvəl Bakıda 200 km/s sürətlə hərəkət edirdim” – deyə, o bəyan edib.