İndoneziyada “Miss müsəlman dünyası” müsabiqəsi başa çatıb.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, müsabiqədə əsas dinin islam olduğu ölkələrdən gəlmiş gözəllər yarışıblar.
Onların hamısı müsəlman ənənələrinə ziddiyyət təşkil etməyən geyimlərdə çıxış ediblər.
Yarışın qalibi Nigeriya təmsilçisi, 21 yaşlı Obabiya Aişə Acibola olub.
Müsabiqəni beynəlxalq müsəlman qadın təşkilatı təşkil edib. Onu İndoneziyanın paytaxtı Cakartada keçiriblər
Qeyd edək ki, müsəlman qadınlar arasında gözəllik yarışması artıq üçüncü ildir ki, keçirilir. Burada qadınlar bədən formasını gizlədən uzun geyimlərdə və başı, boyun nahiyəsini bağlayan baş geyimlərində çıxış edirlər. Yarışda onların namuslu qadın olmaları, Allaha inanmaları, dini mətnləri bilmələri və Quranı anlamaları qiymətləndirilir. Müsabiqənin əsas mükafatı Məkkəyə səfərdir.