Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Şimal küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 18-21, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Sentyabrın 21-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.